Texasda ABŞ-dan ayrılmaqla bağlı referendum keçirilməsi təklif olunur

Texasda ABŞ-dan ayrılmaqla bağlı referendum keçirilməsi təklif olunur
# 21 iyun 2022 10:25 (UTC +04:00)

Respublikaçılar partiyasının Texasdakı tərəfdarları ştatın ABŞ-ın tərkibindən çıxması ilə bağlı referendum keçirmək niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, partiyanın qurultayında 2023-cü ildə referendum keçirilməsi barədə qanun qəbul etməyə çağıran sənəd qəbul olunub və ştatın qanunverici orqanına göndərilib.

Sənəddə federal hökumətin Texasın yerli özünüidarəetmə haqlarını pozduğu vurğulanıb. Qurultayda daha 5 mindən çox respublikaçı son prezident seçkilərinin nəticəsini tanımaqdan imtina edərək Co Baydenin prezidentliyini şübhə altına alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR