Texasdakı atışmada ölənlərin sayı 21 nəfərə çatıb.
APA-nın CNN-ə istinadla xəbərinə görə, ştatın qubernatoru ölənlərdən 18-nin uşaq olduğunu açıqlayıb.
****
00.58
Texasda baş verən atışmada ölənlərin sayı 15-ə çatıb.
APA xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.
Həlak olanlardan 14-ü şagird, biri müəllimdir.
***
00.30
Texasda baş verən atışmada ondan çox adam yaralanıb, 2 məktəbli ölüb.
APA xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.
13 şagirdə tibbi yardım göstərilib, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Bundan başqa, 45 yaşlı kişi də güllə yarası alıb.
***
00.20
Texasda baş verən atışmada 2 məktəbli ölüb.
APA xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.