Texasdakı məktəbdə atışmada ölənlərin sayı 21-ə çatıb, onlardan 18-i uşaqdır - YENİLƏNİB - 2 - VİDEO

Texasdakı məktəbdə atışmada ölənlərin sayı 21-ə çatıb, onlardan 18-i uşaqdır - YENİLƏNİB - 2  - VİDEO
# 25 may 2022 03:53 (UTC +04:00)

Texasdakı atışmada ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın CNN-ə istinadla xəbərinə görə, ştatın qubernatoru ölənlərdən 18-nin uşaq olduğunu açıqlayıb.

****

00.58

Texasda baş verən atışmada ölənlərin sayı 15-ə çatıb.

APA xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.

Həlak olanlardan 14-ü şagird, biri müəllimdir.

***

00.30

Texasda baş verən atışmada ondan çox adam yaralanıb, 2 məktəbli ölüb.

APA xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.

13 şagirdə tibbi yardım göstərilib, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Bundan başqa, 45 yaşlı kişi də güllə yarası alıb.

***

00.20

Texasda baş verən atışmada 2 məktəbli ölüb.

APA xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR