“The Hill”: Bayden 2024-cü il seçkiləri üçün kampaniyaya hazırlaşır

“The Hill”: Bayden 2024-cü il seçkiləri üçün kampaniyaya hazırlaşır
# 08 yanvar 2023 04:59 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkiləri üçün kampaniyaya başlamağa hazırlaşır.

APA xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Bildirilib ki, Amerika lideri və köməkçiləri seçki kampaniyasını hazırlayır.

Ehtimal olunur ki, Bayden növbəti həftələrdə yenidən seçilmək üçün mübarizə aparacağını açıqlaya bilər.

Nəşrin məlumatına görə, Bayden Santa Kruz adasında (ABŞ Virciniya adaları) tətildə olarkən ailə üzvləri ilə növbəti prezident seçkilərində mümkün iştirakını müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR