Tramp bütün ABŞ əhalisinin vətəndaşlığını öyrənəcəyinə dair vəd verib

Tramp bütün ABŞ əhalisinin vətəndaşlığını öyrənəcəyinə dair vəd verib
# 12 iyul 2019 08:10 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp öz administrasiyası tərəfindən ölkədə yaşayan bütün sakinlərin vətəndaşlığının öyrənilməsi üçün bu gün qərar imzalayacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp bütün nazirliklərdən və federal rəhbərlik idarələrindən bütün sakinlərin vətəndaşlıq məlumatlarını əldə etməyi planlaşdırır.

“Onlar səlahiyyətlərində olan bütün yazıları dərhal verməlidirlər”, - deyə ABŞ lideri bildirib.

Tramp ölkədə nə qədər amerikalının qaldığını öyrənmək üçün “hər daşın altına baxacağına” dair vəd verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR