Tramp Səudiyyə Ərəbistanındakı hücumlardan sonra ABŞ-ın neft ehtiyatlarından istifadəyə icazə verib

Tramp Səudiyyə Ərəbistanındakı hücumlardan sonra ABŞ-ın neft ehtiyatlarından istifadəyə icazə verib
  • Clock-gray 02:32
  • calendar-gray 16 Sentyabr 2019

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumlardan sonra bazarın vəziyyətini sabitləşdirmək üçün ehtiyac yaranacağı halda ölkənin strateji neft ehtiyatlarından istifadə etməyə icazə verib.

APA xəbər verir ki, amerikalı lider qərarını “Twitter” hesabında açıqlayıb.

“Səudiyyə Ərəbistanındakı hücumların neft qiymətlərinə təsir edə biləcəyini nəzərə alaraq, lazım olacağı təqdirdə strateji neft ehtiyatında olan neftin bazarlara normal tədarük səviyyəsini qorumaq məqsədilə kifayət edəcək həcmdə istifadəsinə icazə verdim”, - Tramp belə deyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date