Tramp və köməkçisinə 38 maddə ilə ittiham irəli sürülüb - YENİLƏNİB

Tramp və köməkçisinə 38 maddə ilə ittiham irəli sürülüb - YENİLƏNİB
# 10 iyun 2023 00:54 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittiham aktında bildirilir ki, siyasətçi ABŞ-ın nüvə proqramları ilə bağlı məlumatları əks etdirən məxfi sənədləri özündə saxlayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Trampın qutularda saxladığı məxfi sənədlər arasında həm ABŞ-ın, həm də xarici ölkələrin müdafiə və silah imkanları, ABŞ-ın nüvə proqramları, ABŞ və müttəfiqlərinin hərbi hücuma qarşı potensial zəiflikləri, habelə mümkün cavab planları haqqında məlumatlar var”, - sənəddə deyilir.

***

23.09

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və köməkçisi məxfi sənədlərlə bağlı 38 maddə ilə ittiham olunur.

APA-nın məlumatına görə, bu barədə Federal Prokurorluğun ittiham aktında deyilir.

Trampa qarşı irəli sürülən ittihamlar 20 ilə qədər həbs cəzası ilə yanaşı cərimələri də nəzərdə tutur.

Cəzaya dövlət vəzifəsində işləmək qadağası daxil deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR