Trampın sosial media hesablarının geri qaytarılması məsələsi ilə xüsusi işçi qrupu məşğul olacaq

Donald Tramp

© APA | Donald Tramp

# 01 yanvar 2023 19:45 (UTC +04:00)

Meta ABŞ-ın keçmiş prezidenti Donald Trampa Facebook və Instagram-da bloklanmış hesablara girişinin qaytarılması məsələsini həll etmək üçün xüsusi işçi qrupu yaradıb.

APA xəbər verir ki, bu barədə “The Financial Times” yazır.

Nəşrin məlumatına görə, sözügedən qrupa dövlət siyasəti və kommunikasiyalar, həmçinin məzmunun formalaşdırılması siyasəti departamentlərinin əməkdaşları daxildir.

Qrupun yanvar ayı ərzində eks-prezidentə hesabların qaytarılmasına qərar verə biləcəyi gözlənilir.

Qəzet xatırladıb ki, əvvəllər moderasiya sahəsində yekun qərarlar Meta-nın qurucusu Mark Zukerberq tərəfindən verilib. Bununla belə, The Financial Times yazır, o, prosesə müdaxilə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR