Kanadanın baş naziri Castin Trüdo və ABŞ prezidenti Co Bayden ABŞ-ın Kanadada meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər.
APA-nın məlumatına görə, bu barədə çərşənbə günü Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Trüdo Baydenə yanğınla mübarizədə kömək etdiyinə görə təşəkkür edib. Liderlər vəziyyətlə bağlı təmasları davam etdirməyə razılaşıblar.