“Twitter” amerikalı deputatın səhifəsini həmişəlik bağlayıb

“Twitter” amerikalı deputatın səhifəsini həmişəlik bağlayıb
# 03 yanvar 2022 04:47 (UTC +04:00)

“Twitter” sosial şəbəkəsi vaksin əleyhdarı olan deputatın səhifəsini həmişəlik bağlayıb.

APA-nın xəbərinə görə, şirkətin yaydığı məlumatda göstərilir ki, Respublikaçılar partiyasını təmsil edən Marjori Teylor Qrin dəfələrlə pandemiya ilə bağlı məlumatlandırma qaydalarını pozub.

Teylor Qrinin istifadə etdiyi əsas hesab birdəfəlik bloklandığı üçün o, ehtiyat hesabdan istifadə etməyə başlayıb. Lakin bu hesab çox tanınmır.
Deputatın sosial şəbəkə hesabı ilk dəfə ötən avqustda vaksinin səmərəsizliyi barədə paylaşımdan sonra 1 həftəlik bloklanmışdı. Şənbə günü o, heç bir fakt təqdim etmədən peyvənd olunanların əksəriyyətinin öldüyünü bildirib. Bazar günü isə sosial media hesabında ““Twitter” amerikalıların düşmənidir, o həqiqətlə üzləşməkdən qorxur” yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR