“Twitter” Maskı məhkəməyə verib

“Twitter” Maskı məhkəməyə verib
# 13 iyul 2022 01:54 (UTC +04:00)

“Twitter” milyarder İlon Maskı məhkəməyə verib.

APA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, şirkət Maskı sosial şəbəkəni almaq üçün sövdələşməni tamamlamağa məcbur etmək niyyətindədir.

Bildirilir ki, iddia Delaver məhkəməsinə verilib.

Xatırladaq ki, İlon Mask “Twitter” sosial şəbəkəsini 44 milyard dollara almalı idi.

Daha sonra SpaceX və Tesla şirkətlərinin yaradıcısı sosial şəbəkədə saxta hesabların sayı ilə bağlı “Twitter”i almaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR