“Twitter” təşkilatlar və dövlət qurumları üçün ödənişli ola bilər

“Twitter” təşkilatlar və dövlət qurumları üçün ödənişli ola bilər
# 04 may 2022 05:58 (UTC +04:00)

“Twitter” sosial şəbəkəsi təşkilatlar və dövlət qurumları üçün pullu ola bilər.

APA xəbər verir ki, bu barədə eyniadlı şirkəti satın alan sahibkar İlon Mask sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Twitter ümumi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin kommersiya və ya dövlət istifadəçiləri üçün kiçik bir ödəniş tələb edə bilər”, - deyə yazıda qeyd olunub.

Xatırladaq ki, Aprelin 25-də İlon Mask “Twitter”i 44 milyard dollara almışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR