“Twitter”də kütləvi ixtisarlar başlayıb

“Twitter”də kütləvi ixtisarlar başlayıb
# 04 noyabr 2022 11:13 (UTC +04:00)

“Twitter”də bu gündən kütləvi ixtisarlara başlanılıb.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətin işçilərinə daxili elektron poçt vasitəsilə məlumat verilib.

Qeyd olunub ki, əməkdaşların və istifadəçi məlumatlarının təhlükəsizliyinin qorunması məqsədilə şirkətin ofisi müvəqqəti bağlanacaq və giriş dayandırılacaq.

“Biz cümə günü qlobal iş gücümüzü azaldaraq çətin bir prosesə daxil olacağıq. Biz başa düşürük ki, bu “Twitter”ə dəyərli töhfələr vermiş bir sıra şəxslərə zərbə vuracaq, lakin təəssüf ki, bu addım şirkətin gələcək uğurları üçün zəruridir ”, - deyə e-poçtda bildirilib.

Şirkətin əməkdaşlarına əlavə məlumatın da e-poçt vasitəsi ilə göndəriləcəyi qeyd olunub.

Xatırladaq ki, “Twitter” multimilyarder İlon Mask tərəfindən 44 milyard dollara satın alınıb. O, şirkətin baş icraçı direktoru olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR