Tzipi Livni: “Növbəti mərhələdə ABŞ və Çin arasında müharibə ola bilər”

Tzipi Livni: “Növbəti mərhələdə ABŞ və Çin arasında müharibə ola bilər”
# 16 iyun 2022 17:02 (UTC +04:00)

“Növbəti mərhələdə ABŞ və Çin arasında müharibə ola bilər”.

APA xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə müzakirələr zamanı İsrailin sabiq xarici işlər naziri (2006-2009-cu illər) Tzipi Livni bildirib.

Tzipi Livni deyib ki, Çinin qlobal dünya nizamına münasibəti bu baxımdan maraqlıdır.

Tədbirə onlayn qoşulan Çin Xalq Respublikasının Xarici İşlər İnstitutunun Prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin sabiq müavini Vanq Çao (2013-2019-cu illər) Çinin çox sülhpərvər ölkə olduğunu vurğulayıb: “Biz ötən 70 ildə heç bir başqa ölkənin bir qarış torpağını işğal etməmişik. ABŞ isə fərqli olub. Çinin ətrafında ABŞ-ın yaratdığı çoxlu sayda bloklar olub. Bu da məqsədyönlü olaraq Çinə qarşı yönəlib. Çin çox sülhsevər ölkədir, sülh və əmin-amanlıq şəraitində ABŞ-la birgə yaşamaq istəyirik. Ancaq “Soyuq Müharibə” mentalitetindən irəli gələn yanaşma mövcuddur”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR