Ukraynada “Patriot” HHM sistemlərinə “Raytheon” şirkəti xidmət göstərəcək

Ukraynada “Patriot” HHM sistemlərinə “Raytheon” şirkəti xidmət göstərəcək
# 15 yanvar 2023 00:01 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Rusiyanın hava hücumuna qarşı mübarizə üçün Ukraynaya verilmiş “Patriot” qurğularının texniki xidmətinə “Raytheon Technologies” şirkətini cəlb etməyi planlaşdırır.

APA-nın məlumatına görə, müvafiq məlumat Pentaqonun rəsmi portalında yerləşdirilib.

Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün xidmətlərin göstərilməsinə dair müqavilədə göstərilir ki, sözgedən şirkət məsləhət, planlaşdırma, tətbiq və təmir işlərini həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR