ÜST: Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb
# 07 iyul 2022 03:56 (UTC +04:00)

Dünyada koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.

APA “Lent.ru” saytına istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində COVID-19-a yoluxma halları təxminən 30 faiz artıb.

O qeyd edib ki, bu, koronavirus infeksiyasının omikron ştamının mövcud altnövlərinin yayılması ilə bağlıdır. Eyni zamanda, bu variantın yeni altnövləri də aşkarlanır.

“Avropa və Amerikada əksər hallarda omikron ştammının BA.4 və BA.5 subvariantlarına rast gəlinir”,- deyə Qebreyesus bildirib.

ÜST rəhbəri əlavə edib ki, Hindistanda omikronun daha bir alt növü olan BA.2.75 müəyyən edilib. Hazırda monitorinq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR