ÜST rəhbəri: “Dünya səhiyyəsinin daha güclü təhlükəsizlik sistemlərini qurmalıyıq”

Tedros Adanom Qebreyesus

© APA | Tedros Adanom Qebreyesus

# 27 dekabr 2021 07:14 (UTC +04:00)

“Biz dünya səhiyyəsinin daha güclü təhlükəsizlik sistemlərini qurmalıyıq”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

ÜST rəhbəri deyib ki, ölkələr 2022-ci ildə pandemiya ilə mübarizə üçün idarəetmə və maliyyə mexanizmlərini gücləndirəcək qlobal saziş üzrə danışıqlara başlayacaq: “2022-ci ildə ölkələr idarəçilik və maliyyələşdirmə mexanizmlərini hazırlamaq, həmçinin, dünyada epidemiya və pandemiyaları aşkar etmək, qarşısını almaq, buna adekvat cavab vermək üçün ehtiyac duyduğu sistem və vasitələri gücləndirməyə kömək edəcək qlobal pandemiya sazişi üzrə danışıqlara başlamalıdır”.

Qebreyesus hesab edir ki, bütün ölkələr ilkin səhiyyə sisteminin gücləndirilməsinə sərmayə qoymalıdır: “Səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasının təməlində məhz bu sistem dayanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR