ÜST ölkələri Cenevrədə fövqəladə sağlamlıq vəziyyətlərinə hazırlığı müzakirə edəcək

ÜST ölkələri Cenevrədə fövqəladə sağlamlıq vəziyyətlərinə hazırlığı müzakirə edəcək
# 22 may 2022 02:19 (UTC +04:00)

Mayın 28-dək Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyası keçiriləcək.

APA xəbər verir ki, tədbir qlobal ictimayyətin pandemiya ilə bağlı görüləcək reaksiyalara hazırlığını gücləndirməyə yönəldiləcək.

2019-cu ildən bəri ilk dəfə ənənəvi formada keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik forumunda Rusiya da daxil olmaqla, təşkilata üzv olan 194 ölkənin nümayəndələri iştirak edəcək.

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq.

Nümayəndələr fövqəladə hallara hazırlıqla yanaşı, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün yol xəritəsini, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida təhlükəsizliyi strategiyasını müzakirə edəcəklər.

Assambleyada ÜST-nin Baş Direktorunun beş illik səlahiyyət müddəti təyin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR