Vaşinqton Səudiyyə Ərəbistanına aid obyektlərə hücumda Tehranı günahlandırmasının səbəbini açıqlayıb

Vaşinqton Səudiyyə Ərəbistanına aid obyektlərə hücumda Tehranı günahlandırmasının səbəbini açıqlayıb
  • Clock-gray 08:02
  • calendar-gray 16 Sentyabr 2019

Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumların miqyası və dəqiqliyi onların Yəməndən deyil, şimal-qərbdən edildiyini düşünməyə əsas verir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyinə ABŞ-ın yüksək səviyyəli rəsmisi məlumat verib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasına qarşı döyüşən yəmənli husi-üsyançılar əvvəlcə dronların köməyi ilə neft obyektlərinə hücum etdiklərini elan ediblər. ABŞ dövlət katibi Mayk Pompeo isə hücumun Yəməndən gəldiyinə dair heç bir dəlil olmadığını bildirib və burada birbaşa İranı günahlandırıb. İran Xarici İşlər Nazirliyi isə Pompeonun ittihamlarını “yalan” adlandırıb.

“İranın bunun üçün məsuliyyət daşıdığına şübhə yoxdur. Hər nə desələr də, bunu rədd etmək olmaz. Başqa variant yoxdur. Bütün sübutlar bunun arxasında İranın dayandığını göstərir”, - deyə adı açıqlanmayan mənbə agentliyə bildirib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date