Vaşinqton və Moskva arasında dialoq yanvarda keçirilə bilər

Vaşinqton və Moskva arasında dialoq yanvarda keçirilə bilər
# 21 dekabr 2021 18:48 (UTC +04:00)

Vaşinqton və Moskva arasında dialoq yanvar ayında keçirilə bilər.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyanın təklifləri ilə bağlı danışıqlara başlamaq üçün Rusiya ilə birlikdə konkret tarix razılaşdırılacaq.

"Biz açıq şəkildə bildirmişik ki, istənilən dialoq qarşılıqlılıq prinsipinə əsaslanmalı, Rusiyanın hərəkətləri ilə bağlı narahatlığımızı aradan qaldırmalı və Avropadakı müttəfiqlərimiz və tərəfdaşımızla tam koordinasiyalı şəraitdə aparılmalıdır. Daha aydın ifadə edim, Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyi ilə bağlı heç bir danışıqlar olmayacaq”, - deyə Donfrid bildirib.

O əlavə edib ki, ABŞ gələcək həftələr və aylarda Ukraynaya hərbi texnika və təchizat göndərməyə davam edəcək və Rusiya Ukraynanı işğal etməyə cəhd edərsə, ABŞ bu ölkəyə əlavə müdafiə materialı göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR