Venesuela prezidentinə sui-qəsdə görə 17 nəfər azadlıqdan məhrum edilib

Venesuela prezidentinə sui-qəsdə görə 17 nəfər azadlıqdan məhrum edilib
# 04 avqust 2022 21:21 (UTC +04:00)

Venesuela məhkəməsi 2018-ci ildə prezident Nikolas Maduroya qarşı törədilmiş sui-qəsd cəhdi ilə bağlı prosesə yekun vurub.

APA Venesuela Xəbər Agentliyinə istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə 17 nəfər azadlıqdan məhrum edilib. Onlardan 12 nəfər maksimal həddə - 30 il müddətinə azadlıqdan məhrum ediliblər. onların arasında keçmiş deputat da var. Digər təqsirləndirilən şəxslərin həbs müddəti 5-24 il arası dəyişir.

Qeyd edək ki, dövlət başçısına 4 avqust 2018-ci ildə milli bayram günü PUA-larla sui-qəsd təşkil edilib. Maduro və ətrafındakı şəxslər hücumdan salamat çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR