"Wall Street Journal"ın müxbiri Rusiyada casusluq ittihamı ilə saxlanılıb

"Wall Street Journal"ın müxbiri Rusiyada casusluq ittihamı ilə saxlanılıb
# 30 mart 2023 11:43 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının "Wall Street Journal"ın müxbiri Rusiyada casusluq ittihamı ilə saxlanılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviç Yekaterinburqda casusluq ittihamı ilə saxlanılıb.

FTX-nın məlumatına görə, amerikalı jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.

Jurnalist şəhərə Vaqner özəl hərbi şirkəti haqqında məqalə yazmaq üçün gəldiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR