WP: ABŞ döyüş təyyarələri İrana doğru irəliləyib

WP: ABŞ döyüş təyyarələri İrana doğru irəliləyib
# 06 noyabr 2022 08:48 (UTC +04:00)

İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair son xəbərlərdən sonra ABŞ İrana döyüş təyyarələri göndərib.

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşr qeyd edir ki, kəşfiyyat məlumatlarına görə, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edildikdə, ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılmasına qərar verilib.

Qəzetin yazdığına görə, təyyarələrin göndərilməsi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın gücü və əhəmiyyətinin göstəricisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR