Yaponiyada yeni quş qripi: 100 min toyuq məhv ediləcək

Yaponiyada yeni quş qripi: 100 min toyuq məhv ediləcək
# 10 yanvar 2023 07:07 (UTC +04:00)

Yaponiyanın Miyazaki prefekturasında yeni quş qripi virusu qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib kli, 100 minə yaxın toyuq məhv olunacaq.

Bir gün əvvəl Kavamin şəhərində yumurta istehsalı üzrə fermanın işçiləri ölü toyuqlar aşkar ediblər.

Həmin fermanın ətrafında üç kilometr radiusda toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib.

Onlar həmçinin 10 kilometrlik zonadan kənara toyuq və yumurta ixracını qadağan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR