Yeni Zelandiya AUKUS-a qoşulmaq istəmədiyini bildirib

Yeni Zelandiya AUKUS-a qoşulmaq istəmədiyini bildirib
# 17 avqust 2022 03:37 (UTC +04:00)

Yeni Zelandiya AUKUS üçtərəfli alyansına qoşulmaq niyyətində deyil.

APA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Yeni Zelandiyaya AUKUS-a qoşulmaq üçün heç bir dəvət yoxdur və bunu etmək planımız da yoxdur”,- deyə məlumatad bildirilir.

Nazirlik bildirib ki, Vellinqton AUKUS-a qoşulmaq niyyətində olmasa da, onun bu birliyin bütün üzvləri ilə müdafiə və təhlükəsizlik sahəsində məlumat mübadiləsi mexanizmləri var.

“Bu kontekstdə biz artıq Böyük Britaniya, ABŞ və Avstraliya ilə AUKUS-un inkişaf planlarına daxil olan kibertəhlükəsizlik kimi sahələrdə yaxından işləyirik. Biz bu sahələrdə necə qarşılıqlı fəaliyyət göstərə biləcəyimizi müzakirə etməyə davam edəcəyik”, - deyə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR