Yeni Zelandiyanın Baş naziri koronavirusa yoluxub

Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin

© APA | Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin

# 14 may 2022 04:13 (UTC +04:00)

Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin koronavirus testi müsbət çıxıb.

APA xəbər verir ki, o, bu barədə “Instagram”səhifəsində məlumat yayıb.

“Bütün səylərimə baxmayaraq, təəssüf ki, ailəmin qalan hissəsinə qoşuldum və COVID-19 üçün müsbət test aldım"” - o yazıb.

Əvvəllər koronavirus onun qızı və ortağında aşkarlanıb. Bununla əlaqədar olaraq Ardern mayın 8-dən təcrid vəziyyətindədir.

Yeni Zelandiya hökumətinin məlumatına görə, xəstəliyin əlamətlərini Arderndə mayın 13-ü axşam saatlarında ortaya çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR