Dünyanın bu günü - 05.02.2020

# 09:17
5 fevral 2020

 

1. SSRİ və Azərbaycanın xalq artisti, bəstəkar və pedaqoq, akademik Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub.

2. Azərbaycanın əməkdar artisti, tarzən Baba Əliheydər oğlu Salahov 5 fevral 1923-cü ildə Bakıda doğulub.

3. Azərbaycanın xalq artisti, xanəndə və bəstəkar Əlibaba Balaəhməd oğlu Məmmədov 1930-cu ilin bu günü Bakının Maştağa kəndində anadan olub.

4. Türkiyənin ilk qadın jurnalisti Selma Rza 1872-ci il fevralın 5-də dünyaya gəlib. İlk təhsilini İstanbulda alıb, Sorbonna Universitetinin məzunudur.

5. “Yuventus” futbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan Kriştianu Ronaldo 1985-ci ilin bu günü Madeyra şəhərində anadan olub.

6. Fransanın PSJ klubunun braziliyalı futbolçusu, Braziliya yığmasının kapitanı Neymar 5 fevral 1992-ci ildə San-Pauluda anadan olub.

7. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR