Dünyanın bu günü - 19.02.2020

# 09:27
19 fevral 2020

 

1. Azərbaycanın əməkdar artisti, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov 1921-ci il fevralın 19-da Bakı şəhərində dünyaya göz açıb.

2. Şəhid Elçin Əlif oğlu Hüseynov 19 fevral 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.

3. Milliyyətcə polyak olan astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı, Günəş sisteminin heliosentrik modelinin müəllifi Nikolay Kopernik 1473-cü il fevralın bu günü Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub.

4. Dünyanın ən qəribə hökmdarlarından sayılan, 1991-2006-cı illərdə Türkmənistan prezidenti olmuş Saparmurat Atayeviç Niyazov 1940-cı il fevralın 19-da fəhlə ailəsində anadan olub.

5. Pedaqoq, yazıçı, jurnalist, tərcüməçi Əli Camal oğlu Qasımovun anım günüdür. O, 1892-ci ilin aprelin 15-də Babək rayonun Nehrəm kəndində anadan olub.

6. Bu gün Azərbaycan Demokrat Firqəsinin maarif naziri Məhəmməd Hacı Qulam oğlu Biriyanın xatirə günüdür.

7. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Əli oğlu Mirzəyevin xatirə günüdür. O, 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub.

8. Azərbaycanın Milli Qəhrəmanı Vəzir İsa oğlu Sədiyevun anım günüdür. O, 6 iyun 1961-ci ildə Gürcüstanın Marneuli rayonunun Aşağı Qullar kəndində doğulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR