Dünyanın bu günü - 23.02.2020

# 13:27
23 fevral 2020

1. Azərbaycanın xalq artisti, görkəmli rejissor və aktyor Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub.

2. Görkəmli ədəbiyyatşünas, əməkdar elm xadimi, akademik Həmid Araslı 20 noyabr 1909-cu ildə Gəncədə dünyaya gəlib.

3. Görkəmli ictimai-siyasi xadim, əməkdar elm xadimi, akademik Budaq Budaqov 1928-ci il fevralın 23-də Zəngibasar rayonunun Çobankərə kəndində dünyaya göz açıb.

4. Görkəmli ictimai-siyasi xadim, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikası Babək rayonun Çeşməbasar kəndində anadan olub.

5. Azərbaycanın futbol tarixində silinməz izlər qoymuş, “Şöhrət” ordenli Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İspəndi oğlu Mahmudov 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olub.

7. Qarabağ müharibəsi şəhidi Cəlil Zakir oğlu Qasımov 1958-ci il fevralın 23-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR