Dünyanın bu günü - 24.02.2020

# 10:11
24 fevral 2020

 

1. XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist Əli bəy Hüseyn oğlu Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda dünyaya gəlib.

2. Əməkdar incəsənət xadimi, şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Axund Mustafa oğlu Talıbzadə (Abdulla Şaiq) 1881-ci ilin bu günü Tiflisdə ruhani ailəsində dünyaya göz açıb.

3. Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski 24 fevral 1886-cı ildə Qərbi Azərbaycanın Vedibasar qəzasının Vedi kəndində anadan olub.

4. Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə yazıçı Seyid Hüseynin və şairə Umgülsümün ailəsində anadan olub.

5. Azərbaycanın xalq rəssamı Cəmil Miryusif oğlu Müfidzadə 1934-cü ilin bu günü Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

6. Azərbaycanın xalq artisti, muğam ifaçısı Səkinə Qulu qızı İsmayılova 24 fevral 1956-cı ildə anadan olub.

7. Azərbaycanın Milli Qəhrəmanı Əfqan Qaraxan oğlu Hüseynov 1963-cü il fevralın 24-də Bakı şəhərində dünyaya göz açıb.

8. Azərbaycanın Milli Qəhrəmanı İnqilab Ələkbər oğlu İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR