Dünyanın bu günü - 30.01.2020

# 11:01
30 yanvar 2020

 

1. Azərbaycanın əməkdar elm xadimi, tənqidçi və ədəbiyyatşünas Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olub.

2. Azərbaycanın xalq artisti, müğənni və aktyor Elxan Yəhya oğlu Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində doğulub.

3. Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperatoru, rejissor və ssenarist Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci il yanvarın bu günü Bakıda anadan olub.

4. Azərbaycanın əməkdar artisti, teatr aktrisası Məlikova Emma Qələndər qızı 30 yanvar 1949-cu ildə dünyaya gəlib.

5. Bu gün Hindistan milli-azadlıq hərəkatının lideri, “Qandizm” adı ilə məşhur olan doktrinanın banisi Mahatma Qandinin anım günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR