Həyatın təkrar yazısı... XTQ-nin zabiti, kapitan Veysəl Müsibovun ”Ocaq Əmanəti”
Əslən Naxçıvandan olan Veysəl Yadulla oğlu Müsibov 15 fevral 1989-cu ildə Qazaxıstanın Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində anadan olub. Daha sonra ailəsi vətənə qayıdaraq Naxçıvanın Şahbuz rayonunda yaşamağa başlayıb. Veysəlin uşaqlıq illəri burada keçib və 2 yaşı olarkən atası dünyasını dəyişib.
Vahid Ələkbərov adına Səlsüz kənd orta məktəbini 7-ci sinfə qədər oxuyan Veysəl sənədlərini Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə verib və 2007-ci ildə liseyi bitirib.
Təhsilini Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib və oranı bitirdikdən sonra Təlim-tədris mərkəzində 1 il ixtisas artırma kursunu keçib. Daha sonra N saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunub. O əldə etdiyi bütün nailiyyətlər üçün çox əziyyətlər çəkmişdi və qarşısına qoyduğu hədəflərə addım-addım çatırdı. Veysəlin növbəti hədəfi isə ordumuzun elit təbəqəsi sayılan Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmək idi. 2012-ci ildə bu bölməyə qəbul olmaq üçün Veysəl xüsusi kurs keçib. Və o qırmızı beretə sahib olaraq adını bu bölmənin şəxsi heyətinə yazdırıb. Burada əməliyyat qrup komandiri vəzifəsinə təyin olunan Veysəl Müsibov bir çox təlimlərdə iştirak edib, gizli tapşırıqların öhdəsindən gəlməyi bacarıb.
DİGƏR XƏBƏRLƏR

Şəhid qardaşının intiqamını aldı, onun ifası ilə dəfn olundu - Faiq Qasımovun -“Ocaq Əmanəti”

“Murovu uçurtdu, amma yükünü çiynimə yüklədi” - XTQ-nin kapitanı Rəşad Abdullayevin - "Ocaq Əmanəti”

Laçın dağlarına şeir yazdı, şəhid oldu - Xüsusi Təyinatlı polis Əsəd Ələsgərovun ”Ocaq Əmanəti”
