10 minlərlə insan İrəvan küçələrində qaldı

# 13:24
13 dekabr 2021

Son vaxtlar Ermənistanda etiraz aksiyası keçirilməyən gün olmur. Bu gün isə kütləvi etiraza avtobus sürücüləri başlayıblar.

Maaşların azlığına, sosial rifahlarının olmadığına, iş şəraitlərinin dözülməzliyinə etiraz edən sürücülər kütləvi tətilə çıxıblar.

APA TV xəbər verir ki, tətil səbəbindən minlərlə insan dayanacaqlarda qalıb.

Yerli mətbuata açıqlama verən aksiya iştirakçıları Ermənistanda həyatın günü gündən daha da dözülməz olduğunu, xərclərin sürətlə artdığını söyləyiblər.

Şəhər meriyasından isə bildirilib ki, sürücülərlə danışıqlar aparılır, ortaq nəticəyə gəlməyə çalışırlar.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR