108 minə yaxın qonağın sənədi yoxlandı, 12 min nəfərdə nöqsan aşkarlandı

# 17:36
22 iyul 2021

Şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şadlıq saraylarında gündəlik monitorinqlər davam etdirilir.

 

APA TV-nin xəbərinə görə, növbəti monitorinqlər zamanı mərasimlərdə iştirak edən 108 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (12 min nəfərə yaxın) nöqsanlar aşkar edilib.

 

Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 500 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub. Bununla yanaşı, monitorinqlər zamanı 21 şənlik mərasiminin icazə.e-gov.az portalına daxil edilmədən təşkil olunduğu da aşkarlanıb.

 

Monitorinqlər zamanı şənlik mərasimləri keçirilən təsərrüfat subyektləri (şadlıq evləri, restoran, istirahət mərkəzləri) üzrə vergi ödəyicilərinin muzdlu işçilərinin vaksin və immun sertifikatı ilə əhatə olunması vəziyyəti də araşdırılıb.

 

Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar yerindəcə aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR