11 il öncə törədilən qətllə bağlı TƏFƏRRÜATLAR

# 20:39
11 fevral 2022

Şabranda 11 il öncə anasını öldürərək həyətdə basdıran şəxslər bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

APA TV xəbər verir ki, 52 yaşlı Bəsti Əliyevanın oğlu 32 yaşlı Elvin Dadaşov tərəfindən qəsdən öldürüldüyü məlum olub. Elvin Dadaşov Şabran rayon Polis Şöbəsinə gələrək 11 il öncə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf edib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılıb və həmin yerdən insan skeleti sümükləri aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR