12 ölkənin tanınmış simaları bu liseyi niyə seçdi?

# 19:33
28 may 2022

Beynəlxalq əlaqələri geniş olan beynəlxalq məktəb. Bəli, Evrika liseyi bu dəfə  də  ənənəsinə sadiq qaldı. Belə ki, liseydə tolerantlıq ənənələrini özündə ehtiva edən  “Beynəlxalq gün” adlı  tədbir keçirildi. Tədbirdə Hindistan səfirinin birinci müavini Ajay Kumar Pandey, İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Ali Pourmarjan, Misirin Azərbaycandakı səfiri Hisam Mohamed Nagi Abdel Hamid,  Gürcüstanın ölkəmizdəki səfirinin müşaviri George Buachidze, İtalya, Koreya, Qazaxıstan, İngiltərə, Amerika, Meksika səfirliklərinin nümayəndələri, habelə, Təhsil nazirliyinin, AYB-nin nümayəndələri, mədəniyyət və  incəsənət xadimləri, müəllimlər və  valideynlər iştirak ediblər. Qonaqlar əvvəlcə liseyin foyesində sərgilənən dünya ölkələrinin milli mətbəxi ilə tanış olublar.

 

Burada onlara məlumat verilib ki, ən yeni təhsil metodları ilə fəaliyyət göstərən beynəlxalq liseydə hər il ənənəvi  olaraq “Beynəlxalq gün” qeyd olunur. Bu dəfəki bayram 28 May - Müstəqillik Gününə həsr edilib. Multikulturalizm və  tolerantlıq ənənələri siyasətinə uyğun olaraq keçirilən tədbirin məqsədi dünya ölkələrinin adət-ənənələrini nümayiş etdirməklə, dünyaya olan sevgi və sayğını göstərməkdir.

 

Liseyin direktoru Ofelya Muradova deyir ki, bu gün Azərbaycanda Müstəqillik günüdür: “Biz qərara gəldik ki, “Beynəlxalq günü”müzü də Müstəqillik bayramı ilə birləşdirək. Biz artıq 10 ildir ki, hər il bu bayramı qeyd edirik. Səbəb, təmsil etdiyimiz ölkələrlə daha sıx dostluq əlaqələri qurmaq və əməkdaşlığımızı inkişaf etdirməkdir. Mən hamıya uğurlar arzu edirəm və bir daha bayramlarını təbrik edirəm”.

 

Sərginin ardınca tədbirin bədii hissəsinə start verilib. Evrika liseyinin təsisçisi Xudaqulu Rzayev də çıxışında bildirib ki, beynəlxalq əlaqələri geniş olan liseyin hədəfləri sırasında dövlətçiliyimizə və dəyərlərimizə sədaqətli nəslin yetişdirilməsi ilə yanaşı, dünya ölkələri ilə əlaqələrin sağlam təməllər üzərində  qurulması yer alır.

 

28 May - Müstəqillik Gününə həsr edilən tədbirdə həmçinin qeyd edilib ki, Evrika liseyində 2019-cu il mayın 16-dan etibarən dünya ölkələrinin mədəniyyət və ənənələrini  təbliğ etmək məqsədilə belə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə  dünya ölkələrinin milli mətbəxi, adət-ənənələri, milli rəqsləri nümayiş etdirilir. Elə bu dəfəki tədbirdə də Azərbaycanla yanaşı, 12 ölkənin adət-ənənələri ilə yanaşı, milli rəqsləri nümayiş olunub.

 

Evrika Liseyinin Təlim-Tərbiyə və  Təşkilat İşləri Üzrə direktor müavini Aygün Kərimova deyir ki, şagirdlər çıxışlarında müxtəlif ölkələrin rəqslərini, adət-ənənələrini canlandırırlar: “Azərbaycan da daxil olmaqla 12 ölkədən nümayəndələr iştirak edirlər. Təbii ki, Türkiyə, İran, Hindistan, Amerika və  digər ölkələrin nümayəndələri, səfirliklərin nümayəndələri iştirak edirlər”.

 

Qeyd edək ki, 10 ildən artıqdır ki, Azərbaycanı dünyada təmsil edən, savadlı gənc nəsil yetişdirən Evrika liseyinə şagird qəbulu üzrə imtahanlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR