13 gündür ancaq vədlər eşidirik - ZELENSKİ / Rusiya-Ukrayna savaşı

# 16:37
8 mart 2022

Volodimir Zelenski, Ukraynadakı ölümlərə görə Qərb ölkələrinin məsuliyyət daşıdığını deyib, onları səmanı bağlamaqdan və təyyarə verməkdən imtina etdiyinə görə qınayıb.

 

APA TV bildirir ki, bu barədə fikirləri Zelenski videomüraciətində bildirib.

 

O deyib ki, 13 gündür ancaq vədlər eşidirlər:

 

“Artıq on üçüncü gündür indi bizə deyirlər ki, səmada kömək olacaq, təyyarələr olacaq, onlar bizə təhvil veriləcək".

 

Onun sözlərinə görə, Ukraynada insanların ölümündə günahı Rusiya, məsuliyyət isə Qərb ölkələri daşıyır:

 

“Bunun məsuliyyəti həm də on üç gündür Qərbdə qərar qəbul edə bilməyənlərin üzərinə düşür”.

 

Zelenskinin sözlərinə görə, Qərb liderləri Ukrayna səmasını hava hücumlarından qoruya və blokadanın aradan qaldırılmasına kömək edə bilər, lakin bunu etmirlər.

 

O, həmçinin vurğulayıb ki, dünya ölkələrinin liderləri “müharibəni dayandırmaq” üçün hər cür səy göstərməsələr, dünya ölkələrinin xalqlarına müraciət edəcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR