19 yaşlı gənc 10 ildir yataq xəstəsinə çevrilib - SOS
Toğrul Məmmədov 2002-ci ildə Şəkidə anadan olub. Hazırda ailəsi ilə birlikdə paytaxtın Şüvəlan qəsəbəsində yaşayır.
APA TV-nin xəbərinə görə, Toğrul düz 10 yaşınadək bütün uşaqlar kimi sağlam və gümrah həyat yaşayıb.
10 yaşından sonra valideynləri Toğrulun səhhətində ciddi dəyişiklik hiss edib. Belə ki, onun qollarında və ayaqlarında gücsüzlük, uyuşma və ağrılar başlayıb. Valideynləri gecikdirmədən onu xəstəxanaya aparıblar. Toğrula polineyropatiya xəstəliyi diaqnozu təyin edilib: “Polineyropatiya xəstəliyinə tutulmuşam. Ayaqlarım da, qollarım da tutulub. 10 yaşından bu xəstəliyim var. İndi daha çətindir mənə yerimək. Demək olar ki, ayağa qalxa bilmirəm. Valideynlərim dəstək olmasa, addım ata bilmirəm. 10 ildir müalicə olunuram. İndi ailədə yalnız atam işləyir. Maddi çətinlik ucbatından müalicələrim yarımçıq qalıb. Çox xahiş edirəm, maddi köməklik olunsun ki, müalicəm yarıda qalmasın”.
Toğrul artıq yataq xəstəsidir. Polineyropatiya vücudundakı sinirlərin funksiyasının itməsinə səbəb olub. Tibbi diaqnoza görə, xəstədə əzələ sinirlərində zədələr yaranıb. Məhz bu səbəbdən güc itkisi, dəri həssaslığı, uyuşma, göz sinirində problem əmələ gəlib. Əgər müalicəsi tam davam etməzsə, növbəti problemlər zamanı ifliclər yarana bilər.
Mütəxəssislərin verdiyi xəstəlik tarixçəsinə görə, Toğrulda genetik səbəbli polineyropatiyadır.
Ailənin maddi durumu onun müalicəsinin davam etməsi üçün yetərli deyil. Bundan başqa, anası Dilşad xanım bronxial astma xəstəliyindən əziyyət çəkir. Ailənin digər gəlir mənbəyi də yoxdur: “2019-cu ildə Bakı uşaq nevroloji xəstəxanasında müalicə olundu. Sonuncu müalicə zamanı rəy verildi ki, sinirin ən ağır xəstəlik forması sayılan polineyropatiya xəstəliyindən əziyyət çəkir. Böyüdükcə ağrıları çoxalır. Əvvəl əli-ayağı tutulmurdu. Uşaqlarla həyətə də çıxa bilirdi. İndi, ümumiyyətlə, köməksiz qalxa bilmir. Tək baxıram. Atası işləyir. Özüm də 3 ildir astma bronxitəm. 10 yaşından bu günədək xəstəxanalardayam. Bir ana kimi istəyirəm ayağa qalxsın, vətəninə layiq olsun. Evin tək oğludur Toğrul. Əgər kimin imkanı çatırsa, balama kömək olsun”.
Ailəyə kömək etmək istəyənlər Toğrul Məmmədovun atası Knyaz Məmmədovla əlaqə saxlaya bilərlər.
070 228 26 05
070 528 26 05
Allah şəfa versin!
Sevinc Vaqifqızı,
Musa Qulammirzəyev,
APA TV
DİGƏR XƏBƏRLƏR

Ermənistan hava məkanını İran PUA-larına niyə açır?

Zakir Həsənov yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıq verdi

Ermənistanda hərbçilər arasında atışma: ölən var
