2 gündə 11 nəfər öldü - DİN AÇIQLADI - APA TV

# 11:12
27 iyun 2022

Azərbaycanda həftəsonu ərzində qeydə alınan cinayət hadisələrinin statistikası açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 25-də və 26-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 96-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

 

Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.   

 

Narkotiklərlə əlaqəli 48 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR