20-dən çox kəndi mərkəzlə birləşdirən yol bərbad vəziyyətdədir

# 10:30
23 dekabr 2021

Sabirabad rayonunun 9 kəndinin sakinləri daimi istifadə etdikləri yolda hər gün çətinliklə üzləşirlər. Rayonunun Moranlı, Nizami, Bala Həşimxanlı, Qardaşkənd, Hacıbəbir, Rüstəmli, Nəsimi və Sarxanbəyli kəndlərinə aparan yol bərbad vəziyyətdədir. Sakinlər bildirir ki, yoldakı vəziyyət nə cibimizdə pul qoyub, nə maşınlarda hal.   

- Yol çox bərbad gündədir. Hər gün mən çətinliklə işə gedib gəlirəm. Nizami kənddən Sarxanbəyliyə qədər yol bundan da bərbad gündədir. Hər gün zülm, xəstəmiz olanda palçıq, əziyyət. Haradasa 22-24 km yol belədir.

-10 ildir ki, taksidə işləyirəm. 5 işləyirəmsə, 10 manat xərcləyirəm. Sarxanbəyliyə qədər 28 km belədir. Maşın dözmür. Yolda avtomobil əsir.

- Yol it günündədir. Avtomobil sıradan çıxır. Yağış yağan vəziyyət çox pis olur.

Rayonun digər istiqamətində yerləşən avtomobil yolunda vəziyyət daha acınacaqlıdır.

Hal-hazırda biz Şirvan şəhərini və Sabirabad rayonunu birləşdirən avtomobil yolunun üzərindəyik.

Bu yol həm də  20-dən çox kəndin rayon mərkəzi ilə əlaqəsi təmin edir. Rayon mərkəzinə qədər 46 km-lik hissə çuxurlar, çökək nahamar yoldan ibarətdir. Kəndlərin adlarını əks etdirən nişanlar belə köhnəlib. Yol üstündə olan Qaratoğay, Güdəcühür, Axtaçı, Ətcələr, Həşimxanlı, Mürsəlli, Ulacalı, Bulduq kəndlərinin narahat yoldan sakinləri bezdiklərini dilə gətirirlər.

- Neçə dəfə şikayətlər olub, hər yerə müraciət olunub baxan yoxdu. Başqa rayonların kənd yolları çəkilib. Amma bizim bu yollara baxan yoxdu. Hər yerdə söz verirlər ki, yol çəkiləcək. Ancaq əlac etmirlər.

- Yol bərbad gündədir. Xəstəmizi Sabirabada aparıb çıxara bilmirik.

- Gündə 3-4 dəfə bu yolu zülmlə gedib gəlirik. Maşın tez-tez sınır. Maşında hal qalmayıb. Hara lazımdı şikayət edirik. Kəndlərin adını sadalayır.

 

- Yola görə boğaza yığılmışıq. Maşın düzəltdirməkdən, ehtiyat hissələrinə pul verməkdən yorulmuşuq. Yol neçə illərdi belədir. Yarıya kimi çəkilib. Şikayətimizə də baxan yoxdur.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli əlaqə saxladıq. Cavab isə belə oldu:

- Sabirabad rayonunda qeyd edilən yollarla bərabər digər təmirə ehtiyacı olan yolların siyahısı tərtib olunaraq aidiyyəti üzrə təqdim olunub. Maliyyə vəsaiti ayrılan kimi sözü gedən avtomobil yollarının yenidən qurulması agentliyimiz tərəfindən həyata keçiriləcəkdir.

Necə deyərlər yeməkdənsə ümid etmək yaxşıdır. Odur ki, hələ bir müddət də sakinlərin ümid dolu gözləri buy yollarda qalacaq.

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR