20 Yanvarda təhlükə mənbəyi – BİZİ XƏSTƏ SALANLAR

# 14:25
13 avqust 2021

Paytaxtın 20 yanvar ərazisindəyik. Burada bir çox piştaxtalarda və şirniyyat dükanlarında açıq şəkildə şirniyyatların və fəst-fudun satılmasına şahidlik edirik. Bunlar isə antisanitariya və vətəndaşların xəstələnməsinə gətirib çıxarır. Koronavirusun sürətlə yayıldığı bir dövrdə, bu cür natəmizliyin olması isə yolverilməzdir.

APA TV-nin məlumatına görə, Paytaxt sakinləri də yaranan antisanitar vəziyyətdən narahatdır. Onlar qida məhsullarının qapalı məkanlarda və ya qablaşdırılmış şəkildə satılmasının tərəfdarıdır.

- İnsanın yaşaması üçün önəm daşıyan amillərdən biri qidadır. Burada da açıq havadadır, üstəlik maşınlar keçir,  üzərinə toz qonur. Bu isə gələcəkdə mədə- bağırsaq xəstəliklərinə gətirib çıxarır. Özümdə qida mühəndislik ixtisasında təhsil alıram, orada da tədris olunur ki,  bütün qidalar örtülü yerlərdə saxlanılmalıdır.

- İnsanlar özü hər şeyi yaxşı görür, açıq havada heç bir şeyi alıb istifadə etməsin. Yəni xəstəliyin artmasına yol verməsinlər. Qapalı yerlərdə maskalardan istifadə etsinlər. Yəni insan özü-özünü qorumalıdır.

- Hamı istəyir ki, qida məhsulları qablaşdırılsın. Qablaşdırılsın ki,  rahatlıqla ala bilək. Bir qabdan bir neçə nəfər istifadə edir, bu haqda fikriniz? Həmin adam mənim qardaşım olsa belə, imkan vermərəm eyni qabdan istifadə etsin. Misal olaraq, mən velosiped ustasıyam, mənim əlim dəydiyi qabdan qardaşım istifadə edirsə və ona virus keçirsə, bu mənim məsuliyyətsizliyimdir.

Bəzi obyekt sahibləri isə məhsulların açıq satışına rəğmən çalışdığı məkanlarda bütün sanitar qaydalara riayət etdiyini deyir.

- Bütün məhsullarımız yenidir. Yenicə çıxıb, satışını da hamı görür. Təmiz gül kimi məhsullardır. Gigyenik qaydalara riayət edirik, maska, əlcək bütün qayda-qanunla cavab verə bilərəm.

Bəs bu vəziyyətə aidiyyəti qurumlar nə deyir? Yaranan mənzərədən xəbərləri varmı? Yaranan suallarımıza cavab almaq üçün üz tutduq Qida Təhlükəsizlik Agentliyinə.

Qeyd edək ki, bu cür antisanitar şəraitdə qida məhsullarının satışına paytaxtın digər yerlərində də rast gəlinir.


Semral Cavad,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR