30 ölkənin 249 şirkəti Bakıda - Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri

# 22:02
1 iyun 2022

Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi start verib. Bu il sərgidə və forumda öz iştirakını 30 ölkədən 249 şirkət təsdiq edib.  Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Bu sərginin əsas iştirakçısı SOCAR şirkətidir.

Bunu APA TV-yə şirkətin elm, texnika və nanotexnologiyalar deportamentinin rəisi Nazim Vəliyev deyib. O qeyd edib ki, sərgi iştirakçılarına SOCAR-ın uğurları, qarşıya qoyulmuş yeni hədəflər barədə məlumatlar verilir.

“Artıq SOCARın layihələri olan karbamid, polimer, “Star” neft zavodları işə düşüb.  Müxtəlif ölkələrdə 550 yanacaqdoldurma məntəqələri faəliyyət göstərir və bu istiqamətdə  görülən tədbirlər davame dəcək. Ümumiyyətlə şirkətin qarşısına qoyub bütün öhtəliklər icra olunmaqdadır”

Bu sərgidə iştirak etməkdə məqsədimiz odur ki, həm öz ictimaiyyətimizə həm də müştərilərimizə limanın fəaliyyəti və texniki imkanları barədə məlumat verək. Bunu isə APA TV-yə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə yeni mətbuat katibi Elmar Həbibli deyib. O qeyd edib ki, sərgidə iştirak edən hər kəs liman haqqında ətraflı məlumatları stendə yaxınlaşaraq əldə edə bilər. Elmar Həbibli onu da qeyd edib ki, limanın son vaxtlar yükaşırma göstəriciləri də artıb.

“Ötən ilin dörd ayı ilə müqayisədə neft terminalı xaric yükaşırma həcmi 14.6 faiz artıb. Belə ki, ötən il 1 milyon 400 min tondan çox yüş aşırılmışdırsa, bu il artıq ilk 4 ay ərzində 1 milyon 638 min ton aşırılıb. Eyni zamanda ayrı-ayrı sahələr üzrə də bu statistik göstəricilər də artımın olduğunu görürük. Xüsusilə vurğulamaq istəyirəm ki, qlobal ticarətin gələcəyi hesab edilən konteyner daşımaçılığında limanda ötən ilin 4 ayı ilə müqayisədə bu il 26.4 faizlik artım olub. ”

Bu sərgi mühüm və səmərəli platformadır. Bunu isə APA TV-yə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib. O qeyd edib ki, qurum “ADY Express” və “ADY Konteyner” törəmə müəssisələri ilə birgə təmsil olunur.

 “Müşahidə etdiyiniz kimi, hazırda müxtəlif görüşlər keçirilir. Ölkəmizin nəqliyyat, tranzit potrensialı barədə sərgi iştirakçılarına ətraflı məlumatlar verilir. Sərgidə bir çox ölkənin müxtəlif kommersiya və dövlət şirkətləri iştirak edirlər. Onlar müxtəlif təkliflərlə “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət edirlər. ”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin informasiya texnologiya şöbəsinin mütəxəssisi Rəşad Ələkbərov da sərginin həm yerli, həm də xarci iştirakçılar üçün əhəmiyyətindən danışaraq qeyd edib ki, maraqlanan hər bir iştirakçıya agentliyin fəaliyyət istiqaməti, layihələr barədə məlumatlar verilir. O, əlavə edib ki, vətəndaşları maraqlandıran suallarla bağlı müvafiq struktur bölmə rəhbərlərinə bildirilir və aidiyyəti üzrə məsələnin həlli istiqamətində dərhal tədbirlər görülür.

Qeyd edək ki, bu ilin yenilikləri arasında – bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma Memorandumları, yaşıl hidrogen və ixrac məsələləri olacaq. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur.

 

Fuad Sadıqov

Ceyhun Mustafayev

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR