5300 canlı qüvvə və daha nələr...

# 12:06
28 fevral 2022

Ukrayna Rusiyanın itkilərini açıqlayıb.


APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar "Facebook"da paylaşım edib.


Onun sözlərinə görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu, 1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.


O, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvənin itirdiyini bildirib.
 

Ukraynanın müdafiə rəsmisi bu məlumatın ilkin xarakter daşıdığını və hələ də hesablamaların aparıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR