57 yaşlı kişini avtomobil vuraraq öldürdü
Lənkəranda 57 yaşlı kişini avtomobil vuraraq öldürüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Lənkəranın Göyşaban kəndi ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü Qədir Zahir oğlu Cəfərovun idarə etdiyi 10-BE-994 dövlət qeydiyyat nişanlı “VAZ 2104” markalı avtomobillə Göyşaban kənd sakini, 1965-ci il təvəllüdlü Tərlan Şərafət oğlu Cəfərovu vurub. Huşsuz vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Tərlan Cəfərovu xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Paşinyan Azərbaycanla delimitasiya üzrə komissiyanın yaradılması haqda fərman imzalayıb

Gəncədə minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb,sürücü xəsarət alıb
