6-cı sinif şagirdi elektrik cihazlarının hissələrini çıxararaq oyuncaqlar hazırlayır
Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbin 6-cı sinif şagirdi istifadəyə yararsız elektrik cihazlarının hissələrini çıxararaq elektron oyuncaqlar hazırlayır. 12 yaşlı məktəbli yalnız oyuncaqlara maraq göstərmir. O plastik butulkanı kəsərək, tozsoran da düzəldib.
Gələcəkdə mühəndis olmağı arzulayan məktəbli boş vaxtının çoxunu yaratdığı qurğulara sərf edir. Müsahibimiz deyir ki, növbəti dəfə üçün dron düzəltməyi planlaşdırır.
Özcan Alcanovun fizikaya böyük marağı var. Məktəblinin bu marağını görən valideynləri ona dəstək olur, övladlarının gələcəkdə yaxşı bir fizik və mütəxəssis olacağına inanırlar.
Qeyd edək ki, Özcan Alcanov Qəbələnin Yemişanlı kəndində yaşayır.
DİGƏR XƏBƏRLƏR

Zelenskidən qəfil Baxmut səfəri: Hərbçilər bunu gözləmirdi

“Tükənmiş uran sursatları Ukrayna torpaqlarını yox edəcək” - Lavrov

Kiyevə dronlarla hücum: Ölənlər və yaralılar var
