62 ERMƏNİ HƏRBÇİ 7 ƏSGƏRİMİZƏ NECƏ TƏSLİM OLDU? - VİDEO

# 21:54
8 dekabr 2021

Ermənistanda tanınmış vəkil Vahan Hovhannisyanın açıqlaması ölkə gündəmini bir-birinə qatıb.

 

Vəkil bildirib ki, döyüşlər ərəfəsində Şirak rayonundan olan 62 hərbçi tam silahlı olsalar da, 6-7 Azərbaycan əsgərinə bir güllə belə atmadan təslim olublar.

 

Bu açıqlamadan sonra vəkilin ünvanına sərt ittihamlar səsləndirilib. Əsgərlərinin qorxusuzluğundan, cəsarətindən boğazları gələnə qədər danışan ermənilər vəkili hədələməyə başlayıb, onu satqın adlandırıblar.

 

Vahan Hovhannisyan isə bunun cavabında “Facebook” hesabında əsirlikdən qayıdan əsgərlərin ifadəsindən sitatlar paylaşıb.

 

Məhkəmə ifadələrindən seçilən sitatlardan birində qeyd olunur ki, erməni əsgərlərin sayı 62 olub.

 

Sitat

“Onların üzərimizə gəldiyini gördük. 15-20 dəqiqə gözlədikdən sonra, nə baş verdiyi soruşmaq üçün onlara yaxınlaşdıq. Onlardan rus dilində əla danışan biri üzərimizə qaçaraq bizə “narahat olmayın” dedi. Və biz təslim olduq. Yaxınlaşanda gördük ki, cəmi 4-5 nəfərdirlər. Kənarda qalanmış ocağın ətrafında isə 3-4 nəfər var idi”. Sitatın sonu

 

Digər əsgər isə söyləyib ki, mövqeləri tərk edib silahları azərbaycanlılara təhvil veriblər:

 

Sitat

“Daha sonra bizdən onlarla bir yerdə getməyimizi istədilər. Onlar cəmi 7 nəfər idilər və bir də komandirləri var idi”. Sitatın sonu

 

Başqa bir əsgər isə hadisənin axşam saat 8 radələrində baş verdiyini açıqlayıb.

 

Sitat

“Təyin olunmuş mövqelərimizi tərk etdik. Və sonra Yaşmanın hərbçilərini gördük. Onlar 6-7 nəfər idilər. Bizdən tələb etdilər ki, bütün silahlarımızı təhvil verərək, təslim olaq”. Sitatın sonu

 

Vahan Hovhannisyan sosial şəbəkə hesabında ümumilikdə 12 əsgərin ifadəsindən seçmələr paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR