7 erməni ailəsi Azərbaycanı seçdi: Laçınla bağlı QƏRAR

# 14:43
11 avqust 2022

 

Laçının Zabux kəndinin qondarma nümayəndəsi Andranik Çavuşyan erməni ailələrin kəndi tək etməyə başladığını deyib. APA TV xəbər verir ki, “Hraparak” qəzetinin suallarını cavablandıran nümayəndə ərazidə 54 ailənin olduğunu söyləyib. O bildirib ki, ailələrdən 7-si Xankəndinə, qalanları isə Ermənistanın müxtəlif şəhərlərinə köçürülücəklər: “Qarabağda yaşayacaq sakinlərin müvəqqəti yaşayışı üçün 40 min dram təzminat veriləcək. Ermənistana köçənlərə isə xüsusi arayış veriləcək. Amma hələlik bu məsələ müzakirədədir. Mən də Xankəndidə yaşayacam”. Məlumata görə, qondarma qurumun bölgə nümayəndəsi Hayk Xanumyan kəndə gələrək Çavuşyanı hədələyib və bildirib ki, evlər yandırılsa, onlara heç bir təzminat verilməyəcək. Yayılan söz-söhbətlərə də münasibət bildirən kənd nümayəndəsi, “Dəqiq xatırlamıram, amma dedikləri üçün yəqin ki, belə olub” deyə cavab verib. Jurnalistin “Necə düşünürsünüz, azərbaycanlılar ermənilərin evlərində yaşayacaqlar? “Axı onları söküb, sıfırdan tikməyə başlayırlar” - sualına isə Çavuşyan belə cavab verib: “Bəli, düşünmürəm ki, onlar nə vaxtsa bu evlərdə yaşayalar. Biz qurmuşuq, yaratmışıq. İndi məhv etmək istədiyimizə görə deyil, sadəcə olaraq şərait bizi buna məcbur etdiyi üçün dağıdırıq”. Dünəndən sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, ermənilər kilsələrini də, “xaçkar”larını da, qondarma abidələrini də sökərək müxtəlif ərazilərə daşıyırlar. Yerli KİV-lər onu da yazıb ki, Qarabağda qalmağa qərar verən 7 ailə Azərbaycan vətəndaşlığını qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR