869 milyon manatı kim mənimsəyib?

# 15:15
20 aprel 2022

“Xarici kreditlərin qaytarılmaması ilə bağlı biz büdcənin icrasına dair rəydə daha geniş məlumatlar veririk”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

 

O bildirib ki, biz may ayında büdcənin icrası ilə bağlı layihəyə rəy hazırlayırıq: “AZAL-da həftənin 1-ci günündə nəzarət tədbirlərinə başlanılıb. Nəticələri sizə təqdim edəcəyik. SOCAR-da hələ belə yoxlamalara başlamamışıq”.

 

Vüqar Gülməmmədov həmçinin qeyd edib ki, 869 milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Bizim yoxlamalar zamanı isə məlum olub ki, həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib.

 

Onun sözlərinə görə, bununla bağlı təşkilatların, qurumların qarşısında şərt qoyublar və bu vəsait büdcəyə bərpa olunmalıdır. Çünki bu vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR