9 nəfər şaxtada öldü - 1 dəqiqə 10 xəbər 14:00 buraxılışı

# 14:00
25 noyabr 2021

"Qarabağ"ın bugünkü matçı ilə bağlı üç metrostansiyanın “Gənclik”,  “Nəriman Nərimanov” və “28 May” stansiyalarının işi bir saat uzadılacaq

 

Salyanda motosiklet aşıb, 5 yaşlı qız ölüb

 

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

 

Bakıda ev və mağazalardan 10 min manatdan çox oğurluq edən şəxs tutulub

 

Bakı şəhəri 244 saylı orta məktəbin ibtidai sinif müəllimi Təranə Kazımova yolu keçərkən onu minik avtomobili vuraraq öldürüb.

 

Sumqayıtda polis özünü güllələyib

 

Bu il 3200 qadın özünüməşğulluq proqramına cəlb olunub

 

Rusiyada şaxtada ölənlərin sayı 9 nəfərə çatıb

 

BƏƏ-dən olan general İnterpolun yeni prezidenti seçilib

 

Rusiyada daha 1238 nəfər COVID-19-dan ölüb

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR