900-ə yaxın yaşayış massivi niyə qazlaşdırılmayıb?

# 20:25
13 noyabr 2021

Bu gün ölkəmizdə demək olar ki, mavi yanacağa həsrət qalan kəndlərimiz var. Xüsusilə də Aran, Cənub rayonlarının ucqar məntəqələrində hələ də mavi yanacaq yoxdur. Biz o kəndlərin sakinlərinə nə vaxt şad xəbər verə biləcəyik?

 

APA TV-nin “Yerində” proqramının suallarını cavablandıran “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev bildirib ki, 900-ə yaxın yaşayış massivimiz var ki, qazlaşdırılmayıb: “Yaxın illərdə 500 yaşayış massivinin qazlaşdırılması  gözlənilir. Amma digər 400 yaşayış massivinin isə qazlaşdırılması müəyyən zaman ala bilər. Çünki iqtisadi cəhətdən sərfəli deyil. Alternativ yanacaqla bağlı da, bu yol xəritəsində qeyd edilib. Bununla Energetika nazirliyi məşğuldur. Yəni qazlaşma iqtisadi tərəfdən mümkünü olmadığı üçün digər alternativ yanacaqla təminatı nəzərdə tutulub. Deyim ki, gələn il biz 110 yaşayış massivinin qazlaşdırılmasını nəzərdə tuturuq. Əgər 2021-ci ildə bu rəqəm 50 idisə, gələn il artaraq 110 olub. Bunların içində ən ucqar kəndlər və genişlənmiş yaşayış massivləri var”, - deyə Ruslan Əliyev vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR